Söylə (Bayburtlu Zehni)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Söylə (Bayburtlu Zehni) Müəllif: Bayburtlu Zehni |
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub. |
Səba geder isən bizim diyarə,
Mənim vəsfi-halım o yarə söylə.
Lalənin bağnnda bir isə yarə
Mənimki erişdi həzare söyle.
Bülbül bir gül üçün çəkərsə zan,
Halını ərz edin üz - üzə ban.
Heç mən görməmişkən o şux didan
Buraxdı bu qərib diyarə söylə.
Pərvanə pərini yaxdıysa narə,
Mən də yaxdım vücudumu yekparə.
Zehniya, Mənsuru çəkdiysə darə,
Mən əsirəm zülfu nigarə, söylə.