Söylə mənə sevgili yar
Söylə mənə sevgili yar (1998) Müəllif: RAUF CAVAD |
Söylə mənə sevgili yar,
Səni məndən kim ayırar.
Verilsə əlimə cahan,
Əlim də geri qaytarar.
Baxmaz gözüm bir kimsəyə
Səndən savayı, ey Gülzar.
Yanar hərdən dərddən içim,
Gizlin-gizlin qəmdən ağlar.
Görsən əgər məni ey can,
Ağlarsan halıma zar-zar.
Düşüb can əldən-ayaqdan,
Hər yerdə yarın axtarar.
Gəl rəhm eylə yar, fəqirə,
Çün könlün ehtiyacı var.
Rauf ümid bəslər qəlbdə,
Bəlkə bir gün ümid doğar.
...Müəllif:Rauf Cavad