Söylər (Vəli Bozalqanlı)

Söylər
Müəllif: Vəli Bozalqanlı
Mənbə: Azərbaycan Aşıqlar Birliyi (2020). Ustad nəfəsli saz-söz ərməğanı (az). “Zərdabi Nəşr” MMC nəşriyyatı. Orijinal mənbədən 17 iyun 2023 tarixində arxivləşdirilib. Yoxlanılıb 17 iyun 2023.

  
Ey ariflər, şəyirdlərin ustadı,
Şair olan sözün əyanə söylər.
Dadlı dövran açar, gövhər sərf elər,
Şirin sözlərini bəyanə söylər.

Diltərpənməz dəryasında üzməyən,
Dodaqdəyməz kürəsinə dözməyən,
Güləndə nitqindən zülal süzməyən,
Şair cərgəsində əfsanə söylər.

Aşıq Vəli deyər, dərsin almayan,
Təcnis, təxmis dəryasına dalmayan,
Məna, məxrəc, imla, inşa qanmayan,
Sözlərini dəli-divanə söylər.