Sözlər geyib al-qırmızı həm də qarə

Sözlər geyib al-qırmızı həm də qarə (1996)
Müəllif: RAUF CAVAD

Dilbər sorağından, ürək dərdli yarə,
Ləblər quruyub, gözlər qəmli əvarə.

Dərdü düşüb könlümə, sevgili yarın,
Həyatım olub yarə, cansız biçarə.

Bürüyüb aləmi qap-qarə toz-duman,
Yetməsə dadə səhər, bəşər bikarə.

Özlər nigarı həsrətlə bu divanə,
Sözlər geyib al-qırmızı həm də qarə!

Gələ Zöhrəm ola dərdimə min dəva,
Nazın, nazlı gülüşü qəlbimə çarə.

Kamsız günlər, hər gecə saxlaram əza,
Çün gecəm-gündüzüm qarə, gəl dilarə.

Hər anım olur yarsız qədərü qəza,
Dərd verir cəza, ölüm dönüb əğyarə.

İstərəm bitsin, qəmü-həsrətü əda,
Ölüm sıxıb candan, gileylənir yarə.

Hər gün yıxılır arzu-ümidim yerə,
Dil qübar tutub, qəlb olub parə-parə.

Vəfasızdır dünən, bü gün cəfası çox,
Rauf, gəl yetər artıq bu ahü zarə!