Sübh çəkmiş çərxə, çalmış daşə tiğin afitab
Sübh çəkmiş çərxə, çalmış daşə tiğin afitab Müəllif: Məhəmməd Füzuli |
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.62. |
Sübh çəkmiş çərxə, çalmış daşə tiğin afitab,
Zahir etmiş ol məhi-dəllakə eyni-intisab.
Dəmbədəm təhriki-tiğindən bulur başlar səfa,
Öylə kim, su mövc urub zahir qılır hər dəm hübab.
Hər səri-muyimdə bir baş olsa muyi-sər kimi,
Kəssə varın, tiği-xunrizindən etmən ictinab.
Kəşfi-əsrari-məlamət cövhəri-tiğindədir
Kim, alır başlardakı sevda cəmalından niqab.
Qüssəsindən başımın qıl kimi incəlmiş tənim
Kim, tənimlə tiği ortasında başimdir hicab.
Tiği-çapük seyrinə ahuyi-Çin dersəm nola,
Seyr qıldıqca tökər səhrayi-Çinə mişki-nab.
Muyi-jülidəmlə tiğindən ümidim kəsməzəm,
Ey Füzuli, xali olmaz bərqi-lame’dən səhab!