Süleyman paşanın Məhəmməd xan Qacara göndərdiyi məktub

Süleyman paşanın İrəvan xanı Məhəmməd xan Qacara göndərdiyi məktub
Müəllif: Süleyman paşa
Mənbə: Elçin Qarayev. Azərbaycanın İrəvan bölgəsinin tarixindən (XVII yüzilliyin sonu–XIX yüzilliyin ortalarında) (PDF). Bakı: "Mütərcim". 2016. səh.94.


Sizi doğma oğlum hesab edərək həmişə əmin-amanlığınız üçün çalışmışam. Əlahəzrət hökmdarın fərmanı və vəzir Həsənin məktubu əsasında Qapıçı paşa (İbrahim əfəndi) və Solakzadə Məhəmməd-sal bəyin vasitəsilə sizə və Azərbaycanın digər xanlarına pul və hədiyyələr göndərilmişdir. Onları bu yaxınlarda alacaqsınız. Əgər siz bizim dövlətə sadiqsinizsə və bizimlə dostluq münasibətində olmaq istəyirsinizsə, o zaman Ali Porta (Osmanlı imperiyası) bundan xəbərdar olmalıdır. Siz nəinki bizim sadiq bəndəmiz olacaqsınız, sultanın da sizə hörməti artacaq, əgər sözlərimə inansanız, mənim də sizə qarşı məhəbbətim artacaq, iltifatlı oğlum və dostum bu məktubu gətirəni yubanmadan göndərin.