Süleyman xan
Müəllif: Şifahi xalq ədəbiyyatı


Bir kənddə, qonşuluqda iki kasıb yaşayırdı. Birinin iti, o birinin isə pişiyi vardı. Kasıblar özlərini güclə dolandırırdılar. Bir gün it pişiyə dedi:

-Burada yaşayışımız çox ağırdır. Gəl meşəyə gedək.

Pişik cavabında:

-Qonşu, yəqin ki ,orada günümüz pis keçməz.

-Sən olarsan Süleyman xan, mən isə olaram sənin nökərin, - deyə it təklif etdi.

Və onlar yola düzəldilər.

İt və pişik bir gün, iki gün yol getdilər, çaylar keçdilər, dağlar aşdılar , çox getdilər və nəhayət onlar meşəyə gəlib çatdılar. Lakin burada da yeməyə heç nə yox idi. Meşədə də acqarına veyilləndilər. Elə təzəcə istirahər etməyə hazırlaşırdılar ki, birdən bunların yanında ac qurd peyda oldu və qəzəblə soruşdu:

-Siz kimsiniz və haradan gəlmisiniz?

İt gördü ki, işlər yaxşı deyil, ona görə hiyləyə əl atdı.

-Sənin qarşında Süleyman xandır, - deyə it cavab verdi və pişiyə işarə vurdu. O bütün bu meşənin və dünyanın sahibidir, mən də onun nökəriyəm. Xan öz mülklərinə baxmağa gedir. O, çox qəzəblidir və bütün heyvanları öz torpaqlarından qovmaq istəyir.

Qurd qorxdu, Süleyman xanın qarşısında əyilərək təzim etdi, ona yaxşı yol arzuladı və söz verdi ki, onlara hədiyyələr verəcəkdir. Gedərkən qurd xanın nökərinə pıçıltı ilə dedi:

-Məni o ağacların yanında gözləyin. Mən gedib heyvanlara deyim ki,onlar da hədiyyələr gətirsinlər.

Qurd hövlnak meşə boyu qaçdı və ayıya rast gəldi:

-Boz qurd hara qaçırsan? – deyə ayı souşdu.

-Oh bəlamız, dərdimiz artıb. Süleyman xan gəlib və o bizi bu meşədən qovmaq istəyir. - O elə qəzəblidir ki, mənə onun nökəri dedi ki, kim onun xoşuna gəlmirsə, o saat onu yeyir. Onu nəyəsə qonaq etmək lazımdır.

-Onu neçə qonaq edək? Məni indidən qorxu bürüyüb, -deyə ayı zarımağa başladı.

-Gedək, o biri heyvanları axataraq!

Onlar meşədə qabanı, tülkünü tapdılar və məsələhətləşdilər ki, Süleyman xana nə aparsınlar.

Tülkü dedi:

- Mən fikirləşib, tapdım. Sən, qurd, yağlı qoyun ələ keçirərsən, sən, ayı, ağacları yaxşı aşırırsan, iki quru ağacla bura gəl. Mən çobanlardan bir tiyan və kibrit oğurlayaram, tiyanı qabana verərəm, onu su ilə doldurar. Sonra biz bir yerdə Süleyman xanın yanına gedib, ona qonaqlıq verərik. Heyvanlar çox sevindilər və tülkiyə öz minnətdarlıqlarını bildirdilər.

-Sən ayrı aləmsən, tülkiciyəz. Sən çox ağıllısan. Bızı bu bəladan xilas etdin. Əsrlər keçsə də, bunu unutmarıq.

Neçə demişdilər, elə də, etdilər. Qurd yağlı qoyun gətirdi, ayı üç ağacla gəldi, qaban isə iri qazan su gətirdi, tülkü isə kibritlə gəldi.

-Yemək az deyil ki, - deyə ayı qurddan soruşdu.

-Deyəsən, yox. Süleymanxan görünüşçə heç də böyük deyil, -deyə qurd cavab verdi.

Onlar xan və nökərin olduqları yerə gəldilər.

Yüksüz tülkü irəlidə yeriyirdi. O xanın qarşısında söyləyəcəyi nitqi beynində götür-qoy edirdi. Heyvanlar pişiyə və itə yaxınlaşıb təzim etdilər. Tülkü bütün gələnlərin adından xanı salamladı. Onlar yemək-içmək hazırlamaqla məşğul oldular. Tezliklə hər şey hazır oldu. Süleyman xanın neçə yemək yeyəcəyinə tamaşa etmək üçün heyvanlar ağaca dırmaşdılar, qaban isə kötüklərin arasında gizləndi. Pişik və it ac olduqlarından qaynar ətin üzərinə atıldılar.

Pişik bərk yandı, fınxırdı, quyruğunu qaldırıb, myau-myau qışqıraraq ağaca dırmaşdı. Burada ayı oturmuşdu. Ayı qorxdu və qurdun üstünə qışqırdı:

-Sənə dedim axı, yemək azdır! –o ağacdan yıxılaraq ölümcül hala düşdü.

Pişik də qorxdu və o biri ağaca keçdi. Burada qurd oturmuşdu. Qurd uluyaraq ağacdan yerə dəydi və onun alnı əzildi. O tez buradan əkildi və qorxudan yolda öldü.

Tülkü ağacdan yıxılsa da, o heç bir şey olmamış kimi öz yuvasında gizləndi. Pişik gördü ki, kötüklərin arxasında nə isə tərpənir. O elə bildi ki, bu siçandır, tez ora atıldı və qabanın qulağını gəmirməyə başladı. Qaban qaçdı, o bərk kədərlənib sıx qamışlığa üz tutdu, yaralı qulağını palçığa bulaşdırdı və şikayətedici halda, inildədi.

-Oy xan! Oy Süleyman! Bundan belə sən bizim başımıza nə oyun açacaqsan?

Pişik isə itlə birgə üç gün qoyun əti yedilər, yemək onların xoşuna gəldi, sonra bu cütlük öz keçmiş sahiblərinin yanına qayıtdı. Onlar “Meşədə yaşamaq o qədər də asan deyil!” dedilər.

Mənbə

redaktə
  • Dağıstan xalqlarının nağılları. Bakı, 2013