Sürüb dəvələrini mənim yurduma çatsan
Sürüb dəvələrini mənim yurduma çatsan Müəllif: Ömər Gənci |
Sürüb dəvələrini mənim yurduma çatsan,
Dostlarıma, unutma, məndən yetir bir salam.
Bu dərdə dözməyimdən, ayrılıq əzabından -
Danış bir-bir onlara, mən necə xəstəhalam.
Söylə ki, onları mən hər yadıma saldıqca -
Gəlib keçir gözümdən bir də o günlər tamam.
Ətirli meh əsdikcə səhər dost diyarından,
Qəlbim yarpaq tək əsir, tapmır bir ləhzə aram.