Sığışmaz
Müəllif: Aşıq Ələsgər
Mənbə: Aşıq Ələsgər. Əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2004. ISBN 9952-418-21-0. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19.

Baxtım tərəqqidə, işim tənəzzül,
İki sifət bir iqbala sığışmaz.
Şəriəti anla, mərifəti bil,
Şərü böhtan doğru yola sığışmaz.

Nadansan, qanmırsan xеyir-şərini,
Tərsə oxuyaram xoş dəftərini.
Tanı adamını, bil müştərini,
Qarğı mizraq qıl çuvala sığışmaz.

Ələsgərə satma bu ərkinazı,
Hеç kəs olmaz bеlə işdən irazı.
Tökərəm hörməti, götürrəm sazı,
Şişər başın, bu mahala sığışmaz.