Səba, əhvalımı bir-bir

Səba, əhvalımı bir-bir
Müəllif: Molla Vəli Vidadi
Mənbə: "Seçmə aşıq şeirləri. 3 cilddə. I cild" (PDF) (az.). DGTYB. 2011. 2016-04-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-11.

Səba, əhvalımı bir-bir
Varıb ol yarə ərz eylə.
Qəmü dərdi-dilim şərhin
Deyib, dildarə ərz eylə!

Gedərsən kuyinə yarın,
O qəddi-sərv rəftarın,
Fəğanın bülbüli-zarın
Güli-gülzarə ərz eylə!

Desən mən zarü giryandan,
Vüsudi, bağrı büryandan,
Dəmadəm tiği-hisrandan
Siyər sədparə, ərz eylə!

Səba, gəl seyri-gülzar et,
Gülü reyhanı bidar et
Təbibə dərdim izhar et,
Qəmi qəmxarə ərz eylə!

Vidadi xəstə bimarın,
Bəlayi-eşqdən zarın,
Sözün müştaqi-didarın
Yetir Sananə, ərz eylə!