Səba, lütf etdin, əhli-dərdə dərmandan xəbər verdin
Səba, lütf etdin, əhli-dərdə dərmandan xəbər verdin Müəllif: Məhəmməd Füzuli |
Səba, lütf etdin, əhli-dərdə dərmandan xəbər verdin,
Təni-məhzunə candan, canə canandan xəbər verdin.
Xəzani-qəmdə gördün iztirabın bülbüli-zarın,
Bahar əyyamı tək gülbərgi-xəndandan xəbər verdin.
Sözünü vəhyi-nazil gər der isəm hiç küfr olmaz,
Cəhanı tutmuş ikən küfr, imandan xəbər verdin.
Dedilər yar, üşşaqin gəlir cəm etməyə könlün,
Məgər kim, yarə üşşaqi-pərişandan xəbər verdin.
Süleyman məsnədindən divi-gümrəh rəğbətin kəsdin,
Dənizdə xatəmi-hökmi-Süleymandan xəbər verdin.
Füzuli, ruzigarın tirə oldu şami-hicrandan,
Nəsimi-sübh tək xurşidi-rəxşandan xəbər verdin.