Səbadən- gül üzarın üzrə zülfi-müşkbar oynar

Səbadən- gül üzarın üzrə zülfi-müşkbar oynar
Müəllif: Molla Qədir Naci
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Səbadən- gül üzarın üzrə zülfi-müşkbar oynar,
Gülün yanında guya sünbili-pü tabdar oynar.

Edən təhrik ruyində niqabi-əbrgundurmu,
Və yaxud aftab üzrə gəzər əbri-bahar oynar?!

Sənin tək bibədəl şuxi gətirmiş dəhri-həftaba,
Nişatü zövqdən daim fələkdə biqərar oynar.

Görüb öz mehrini zäyil, fələk salmış sənə mehrin,
Dolanır başuva yüz şövq ilə leylü nəhar oynar.

Niqabım kəşf edib yüzdən əgər ərzi-cəmal etsən,
Olub məczuu bihuş hər nə kim, aləmdə var oynar.

Nəsimi-zülfünü bulsa məşami-Naciyi-xəstə
Olub pakubi-dəstəfşan məstvar oynar.