Səbuh üçün mənə dürdi-meyi-şəbanə yetər
Səbuh üçün mənə dürdi-meyi-şəbanə yetər Müəllif: Məhəmməd Füzuli |
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.103. |
Səbuh üçün mənə dürdi-meyi-şəbanə yetər,
Əsər ki var, xərab olmağa bəhanə yetər.
Cəfa oxun mənə yağıdırman ancaq, ey əflak,
Demin ki, yeddi kəmandarə bir nişanə yetər.
Bəyanə yetməyə dərdü qəmim fəsanələri,
Zəbanım atəşi-dildən çıxan zəbanə yetər.
Qopardı mərdümi-çeşmim könül binasın kim,
Hübabi-əşk həva nəqdinə xəzanə yetər.
Ləbin xəyalı ilə parə-parə oldu cigər,
Güvahi-hal mənə əşki-danə-danə yetər.
Hərifi-bəzmi-qəmim, xuni-dil şərabım olub,
Təraneyi-tərəbim ahi-aşiqanə yetər.
Füzuli, istəməzəm məsnədi-Cəmü Cəmşid,
Mənə nişiməni-dövlət şərabxanə yetər.