Səcdədir hər qanda bir büt görsəm, ayinim mənim
Səcdədir hər qanda bir büt görsəm, ayinim mənim Müəllif: Məhəmməd Füzuli |
Səcdədir hər qanda bir büt görsəm, ayinim mənim,
Xah mö’min, xah kafər tut, budur dinim mənim.
Bağiban, şümşadü nəsrinin mənə ərz etmə kim,
Ol qədü rüxsardir şümşadü nəsrinim mənim.
Xaki-dərgahin nəzərdən sürmə, ey seylabi-əşk,
Qılma zaye’ sürmeyi-çeşmi-cəhanbinim mənim.
Əşk mövci gəzdirir hər yan tənim xaşakini,
Mümkün olmaz əşk təhrikilə təskinim mənim.
Çarə umdum lə’li-şirinindən əşki-təlximə,
Təlx göftar ilə aldın cani-şirinim mənim.
Məndə sakin oldu dərdi-eşq Məcnundan keçib,
Ondan artıqdır məgər eşq içrə təmkinim mənim?
Ey Füzuli, hər yetən tə’n eylər oldu halimə,
Bu yetər əhli-məlamət içrə təhsinim mənim.