Sədəf

Sədəf (XVII əsr)
Müəllif: Qaracaoğlan
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

Susayırsan can almağa,
Qaytan ğaşı qara, Sədəf!
Vurubdur ol kirpiklərin,
Bu cinəmə yara, Sədəf!

Sən mənim söhbətim, sözüm,
Səndən ayrı neçə dözüm?
Xəctəyəm, düşubdür gözum,
Qoynundakı nara, Sədəf!

Mən mayılam şirin dilə,
Ağ uzundə qara telə,
Məçnun kimi salıb çölə,
Eyləmə avara, Sədəf!

Yaxın dosta hiylə qurma,
Seyrağıba yaxın durma,
İnsaf elə, gəl qucdurma,
Tər qonçanı xara, Sədəf!

Sənsən daqların ceyranı,
Olum gözlərim qurbanı,
Çəkmə Qaracaoğlanı,
Tellərindən dara, Sədəf!