Sədaqətli dostlar haqqında
Sədaqətli dostlar haqqında Müəllif: Qasım bəy Zakir |
Qasım bəy Zakir. Seçilmiş əsərləri. Bakı, "Yazıçı", 1984, 98 səh. |
Bir tısbağa, bir kәsәyәn, bir qarğa
Yoldaş olmuş idi bundan sabiqa.
Pakizә mәkanda tutuban vәtәn,
Asibi-dәhrdәn asudә, eymәn.
Övqat keçirirdi yazü, yayü, qış,
Eyşü nuşә mәşğul idi bitәşviş.
Bir ahu şol yerә eylәyib güzar,
Üç ikən hәmdәmü hәmrah oldu çar.
Sәhәrdәn dağılıb hәrә bir yana,
Günorta zamanı gәlib mәkana,
Başından keçәni eylәrdi söhbәt;
Bu hal ilә dolandılar bir müddәt.
İttifaqәn, bir gün gәlmәyib ahu,
Aldı yoldaşların canını qayğu.
Qarğaya dedilәr- odur, aç pәrü bal,
Gәtir biçarәdәn bizә bir әhval.,
Şayәd ki, fәqiri, xudanәgәrdə,
Damә salmış ola sәyyad bir yerdә».
Bimәksü tәvәqqәf ovcә qalxıb zağ,
Dolanıb hәr tәrәf edәrkәn soraq,
Gördü ki, heyvanı sәyyadi-birәһm,
Üqubәti-hәqdәn eyləmәyib vәhm,
Tutub, әl-ayağın bağlayıb möhkәm,
Atıb günә qarşı, özü gedib hәm.
Dami-tәzvirini qurubdu genә,
Şayәd özgә şikar sala çәnginә,
Ahuyi-pabәndә verib tәsәlli,
Qanadı on isә, eylәyib әlli.
Gәlib hәmrәhlәrә gәtirdi xәbәr,
Bir parә nalәvü şiyvәn etdilәr.
Tәkәllümә gәlib dedi kәsәyәn:
"Onun әncamını yaxşı billәm mәn.
Mәni qanadının üstünә götür,
O yer ki, ahunu görübsәn, yetir.
Be-hövli-qüvveyi-xaliqi-zülmәn,
Bir lәhzәdә bәndin parә qıllam mәn",
Bu tәdbiri hәmә eylәyib pәsәnd,
Oldular, filcümlә, dilşadü xәrsәnd.
Kәsәyәni qarğa alıb dalına,
Olan gücün verib pərü balına,
Bir zaman yetirdi ahuya muşi,
Qalmamışdı sәbrü qәraru huşi.
Zәrbi-dәndәn ilә kәsib kәmәndin,
Bir әndәk qalmışdı dәf edә bәndin
Gördülәr tısbağa üftanü xiyzan,
Özünü yetirdi şol yerә ıalan.
Zәbani-tәәrrüz etdilәr diraz,
Söylәdilәr: "bu nә işdi, anlamaz?
Nә fikr ilә gәldin burayә, görәk,
Sәndәn bizә olacaqdı nә kömәk?
Mәgәr ki, kәlәndә sәyyadi-pürfәm
Biz qaçaq, qalasan aralıqda sәn
O da bizə ola әlaһәddә dağ,
Gәrәkdi dübarә calaq әl-ayağ".
Dedi; "ey yarani-ba-istiqamәt,
Ayini-dostluqda deyil mürüvvәt —
Aşinanın biri gәzә asudә,
Şol birisi qala damәn-qayğuda.
Girәm ki, mәsrәfim yoxdur bir karә,
Necә dura billәm sizdәn kәnarә?
Tanrı o yoldaşa eylәsin qәzәb!
Kim, dari-dünyada ola xüdtәlәb!
Üç hәmrәһi-sadiq tәk olsun azad,
Mәnimki sәhldir, hәrçi bada-bad!»
Gövtkunu bunlar etmәmiş tәmam
Gördülәr ki, gәlir mәrdi-bәdәnçam,
Hәmrәhi-carümdәn әl çәkib naçar,
Ahu, siçan, qarğa etdilәr fәrar.
Sәyyad gәlib ol mәqamә yetişdi
Kim, ahunu nabәnd edib getmişdi.
Baxıb hәr tәrәfә etdi nәzarә,
Görmәdi, be-ğeyr әz rismani-parә.
Bir dә bir tısbağa zaru sәrkәrdәn,
Yaşınmaq qәsdilә dolanır hәr yan.
Bәs ki, çox yüyürüb eniş-yoxuşa,
Ov tapmayıb әli çıxmışdı boşa.
Tısbağanı labüd torbaya saldı,
Ağzını bağlayıb dalına aldı.
Yornuq köpək kimi ovçu ahәstә
Yol başladı, ixtiyarı küsәstә.
Qarğa dövr eylәyib ovci-hәvadә,
Baxardı әmәli-ibni-Ziyadә.
Gәtirdi hәmrәhi-fәrarә xәbәr,
Hali binәvadәn olub mustәһzәr,
Muşi-sahibi-huş tapıb bir tәdbir,
Dedi: "durmaq vәqti deyil, ey nәxcir!
Sәn eylә mәkr ilә payını axsaq,
Sәyyadın önundә dolan bir sәyaq,
Fikr eylәsin asan tutacaq sәni,
Xəyali-xam ilә atıb kisәni,
O olsun şikarın tutmağa mәşğul,
Mәn ollam torbanı yırtmağa mәşğul.
Ol zaman ki, qarğa eylәdi sәda,
Bil ki, tısbağanı etmişәm rәha.
Sәbr eylә bir qәdәr ta ki, biz qaçaq,
Sәn dә sıçrayıb gәl yenә qarışaq".
Bu mәkr ilә oldu du mәhbus azad,
Qayıdıb gәldilәr mәsrurü dilşad.
Bu mәsәlin vardır ona nisbәti:
Bir kәsin bir kәsә ola ülfәti,
Gәrәk zar olanda, o da zar ola,
Hәmişә dostundan xәbәrdar ola.
Nәinki dost qala dami-bәladә,
O gәzә arxayın dәştü sәһradә.
Hәm dәxi hәqarәt gözilә, zinһar,
Baxıb bir adәmә eylәmә inkar.
Hәr meşәyә güman aparma boşdur,
Xudbinlik kişiyә nә kari-xoşdur.
Yazıbdır Sәdiyi-şirinkәlam,
Әmlәhüş-şüәra, arifi-әyyam;
"Hәr bişә güman mәbәr ki, xalist,
Şayәd ki, pәlәnk xüfte başәd".