Səhər-səhər həsrət ilən gəzirdim

Səhər-səhər həsrət ilən gəzirdim
Müəllif: Molla Pənah Vaqif
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Səhər-səhər həsrət ilən gəzirdim,
Cüt qoşa nar gördüm iki sinədə.
Birisi qız idi, birisi gəlin,
Can qurban eylərem ikısinə də.

Gəlin bulaqda əl -üzünu yuyur,
Qız deyin gəl gedək, həriflər duyur,
Belə gözəl sevən əldənrpi qoyur,
Can qurban eylərəm ikisinə də.

Gəlnin dodağıdır Təbrizin məti,
Əlli-altmış tümən qızm qiyməti,
Belə gözət sevən neylər cənnəti,
Can qurban eylərəm ikisinə də.

Gəlinin yaxası polad iynəli,
Qızm yaxasıdır çarpaz düyməli.
İkisi də bir-birindən öyməli,
Can qurban eylərəm ikisinə də.

Kababım olaydı, közüm olaydı,
Yar yanında ötkün sözüm olaydı,
Vaqif deyir: iki gözüm olaydı,
Baxaydım bunlann ikisinə də.