Sənə bu hüsn, xəyal eyləmə müdam qalır

Sənə bu hüsn, xəyal eyləmə müdam qalır
Müəllif: Əbülhəsən Raci

Sənə bu hüsn, xəyal eyləmə müdam qalır,
Çəməndə hansı güli-tər ələddəvam qalır?!

Qalıb bu pənd mənə yadigar pirimdən:
Həmişə zində bu aləmdə niknam qalır.

Gözün könül quşun ovlar, əgərçi laçın tək
Və leyk axır özü paybəndi-dam qalır.

O ləbləri ki, edər kami-aləmi şirin,
Mənim kimi olu bir vaxt təlxkam qalır.

Gedər çü məstiyi-mey, zəhməti-xumar gəlir,
Həmişə başda haçan nəşeyi-müdam qalır.

Həmişə aşiqinə naz edib, xəyal etmə
Sənə bu rəngü ruxü zülfi-müşkfam qalır.

Əsər xəzan yeli gülzari-hüsnünə bir gün,
Nə üzdə rəng, nə zülfündə bir nizam qalır.

Nə çeşmi-məstin edər böylə naz-naz nikah,
Səhi qəddin nə bu növ ilə xoşxuram qalır,

O vaxta üz çevirib cümlə bədnəzər səndən,
Məgər bu Raciyi-biçarə sübhü şam qalır?