Sənə nə
Sənə nə Müəllif: Şəmkirli Aşıq Hüseyn |
Mənbə: "Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005" (PDF) (az.). ISBN 9952-418-41-5. 2010-09-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-06. |
Lotuyam, bambılıyam, talibi-bəngəm, sənə nə?
Çox gülüb, çox danışan, çox da cəfəngəm, sənə nə?
Ataram düşmən üçün topu tüfəngəm, sənə nə?
Dərdü qəm barkeşiyəm1, köhnə peşəngəm, sənə nə?
Şairəm, söz deyərəm hamıdan başam, geri dur!
Ağzımdan od tökülür, naram, ataşam, geri dur!
Bez, qədək müştərisi, alam, qumaşam, geri dur!
İstəsən tərpədəsən, tərpənməz daşam, geri dur!
Tərpənsəm ev yıxaram, bir ağır səngəm1, sənə nə?
Get atlasm yaxşısmdan, yaşılmdan da al, gətir,
Mən özüm alıb-satanam, mənə sən tirmə şal gətir,
Sərrafam, tez seçərəm, gövhər ilə ləl gətir,
Girmişəm meydanma, meydanıma kəl gətir,
Dəryalar boylanmışam, mən bir nəhəngəm, sənə nə?
Dəryaya tək gəlmişəm, dal ibni-Dal kimi,
Aləmə adım düşüb, ol Rüstəmi-Zal kimi,
Sözdən qala yapmışam, qələyi-Səlsal kimi,
Əridib saf etmişəm, qumriyə misal kimi,
Oxumuşam min bir dili, çox da firəngəm, sənə nə?
Şəmkirli Aşıq Söyünəm, mən burada yar eylədim,
Urmu, Salmas, Marağa, İsfahanı zar eylədim,
Gəzdim Çəçən, Çərkəzi, nə qorxdum, nə ar eylədim,
Dəmir qapı Dərbənd, Quba, Gürcüstanı xar eylədim,
Tülküsən, geridə dur, şiri pələngəm, sənə nə?