Sənə qurban (Şair Məmmədhüseyn)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Sənə qurban (Şair Məmmədhüseyn) Müəllif: Şair Məmmədhüseyn |
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20. |
Gördüm səni qızılgültək açanda,
Bir gecə mehmanım ol, sənə qurban.
İncə belə əl atanda, qucanda,
Danış şirin-şirin dil, sənə qurban.
Nazın çəkdim, naz götürən deyildim,
Dözmədim mən qarşında çox əyildim.
Naz-qəmzə satmaqda dərdini bildim,
Üz çevir, bizə gəl, yol sənə qurban.
Məmmədhüseyni yaxşı bəndə salıbsan,
Olan səbri-qərarını alıbsan.
Əsirgəmə ləbin hureyi-qılman,
Könül rübabımı çal, sənə qurban.