Sənəm, gəl (Xəstə Qasım)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Sənəm, gəl Müəllif: Xəstə Qasım |
Mənbə: Ziyəddin Məhərrəmov. "İrəvanda məktəbdarlıq və maarifçilik", Bakı, "Nurlan", 2010. |
Tərifli gözəllər gəlhagəl oldu,[1]
Yaşıllı, zərbaflı, allı Sənəm, gəl!
Ovçunu görəndə maral baxışlı,
Ay üzü birçəkli, xallı Sənəm, gəl!
Aşıq odur bir söz desin özündən,
Aləm bada gedər ala gözündən,
Danışanda şəkər damar sözündən,
Qaymaq dodaqları ballı Sənəm, gəl!
Xəstə Qasım deyər: hənək hənəkli,
Ağ üzündə qoşa xallar bənəkli,
Ətlas nimtənəli, ipək köynəkli,
Üstü-başı tirmə şallı Sənəm, gəl!
İstinadlar
redaktə- ↑ Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5