Sənəm al (Xəstə Qasım)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Sənəm al Müəllif: Xəstə Qasım |
Mənbə: Sədnik Paşa Pirsultanlı. "Tikmədaşlı Xəstə Qasımın ədəbi irsinin tədqiqi" (PDF) (az.). Azərnəşr. 2011. İstifadə tarixi: 2018-08-06. |
Lal olur bülbüllər sovulanda gül,
Lalə libas geyinmisən, Sənəm, al!
Ləblərindir mənə abı-səlsəbil,
“La” demərəm, bir canım var, Sənəm al!
Lazım olur yoxsul üçün bircə mal,
Leyli isən göstər, Məcnuna camal.
Laf eyləmə, var, Saqidən bir cam al,
Leysan seçmiş məni eylər sənə mal.
Qasım, sən dur məclisində sini sal,
Oxu dərsi, lami, mimdən sini sal.
Bir o günü var, yadına sini sal,
Laşərikdən yoldaş olmaz, Sənəm, al!