Sən (Şair Məmmədhüseyn)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Sən (Şair Məmmədhüseyn)
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20.

Deyirəm bəs dostum, niyə düşübsən,
Demə urcahsanmış bəd əsilə sən.
Aramamış sən əslini, soyunu,
Uymusan o vaxtdan xoş camala sən.

Söz deməmiş qabağından dönərmiş,
Alışanda çətin ki o sönərmiş.
Utanmasa palanlayıb minərmiş,
Əcabə çatmısan xoş vüsala sən.

Yumruq ilə sənə könül hörəndə,
Məmmədhüseynin yandı qəlbi görəndə.
Yazıq uşaqlar da pərən-pərəndə,
Batmısanmış tamam yağa, bala sən.