Sən (Əhməd Cavad)

Sən
Müəllif: Əhməd Cavad
Mənbə: Əhməd Cavad. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb”, 2005

Ruhum müdhiş bir qaranlıq içində
Çırpımrkən, imdadıma yetişdin!
Fırtmalar ümidimi boğarkən
Xıznm oldun, fəryadıma yetişdin!

Bir sınıq şəhpərlə çıxmışdım yola,
Üzlədigim yeri görmədim əsla;
Yorğunluq çökmüşkən qanada, qola,
Qüvvət oldun qanadıma, yetişdin!

Azmışdım yolumu, qarşımda ölüm...
Yaslara batmışdı gülüm..., bülbülüm.
Ölmüşkən əməlim, solmuşkən gülüm
Gözlərinlə sən dadıma yetişdin!
8 noyabr, 1913