Sən mənə lazımsan Zaman, gələsən mütləq gərək
Sən mənə lazımsan Zaman, gələsən mütləq gərək! (1996) Müəllif: RAUF CAVAD |
Mən aşiq kəlmə-kəlmə, oxu məni kəlmə-kəlmə,
Söz dolub qəlbimə, dərd-qəm olub didərgin-gəlmə.
Hərdəm darıxır qəlbim, Səni istər görsün canım,
Dolub daşır artıq səbrim, qaynayır damarda qanım.
Oynayır mənə böyük oyun, oyunbaz bic fələk,
Sən mənə lazımsan Zaman, gələsən mütləq gərək!
Halım olub yaman, sevgin dərdimə dəva- dərman,
Harda qaldın Can, gözlərim yoldadır, yetiş canan.
Gəl heyranım, ey sevgili yar, ol dərdimə həmdəm,
Öldüm həsrətdən, dərmansız dərddən, susuzam zəmzəm.
Yandı bağrım yalan deyən, həqqi danan zülmlərdən,
Həqiqəti gözlərdə dip-diri öldürənlərdən.
Gərək çatasan harayıma, yar, yetiş dadıma,
Sənsiz kimsəsizəm, səs ver ucalan fəryadıma.
Haqqsızlıq dolub, ürəyim sıxılıb vücudumda,
Günü gündən acı çəkir, sınıxır durumum da.
Yandırır içimi susuzluq, odlanır fikirlər,
Bəsdir yetər, çatdadı bağrım, Sənsiz olan günlər!
Əgər gəlməsən yanıma, çağır gəlim yanına,
Acı fərağın düşüb yadıma, Rauf Canına!