Sən o kəsə söylə sözü

Sən o kəsə söylə sözü
Müəllif: Yunus Əmrə
Mənbə: Azərbaycan Aşıqlar Birliyi (2020). Ustad nəfəsli saz-söz ərməğanı (az). “Zərdabi Nəşr” MMC nəşriyyatı. Orijinal mənbədən 17 iyun 2023 tarixində arxivləşdirilib. Yoxlanılıb 17 iyun 2023.

Sən o kəsə söylə sözü
Ki, mənadan xəbəri var.
O insana ver könlünü,
Canında eşq əsəri var.

Kimin ki, zahiri xoşdur,
Bilin onun içi boşdur,
Gecələr ötən bayquşdur.
Sanma bütöv divarı var.

Bir devləngəc yuva yapar,
Özgə balasını qapar,
Şahin düşmənindən sapar,
Çünki əldə murdarı var.

Yoxdur şahinlə birliyi,
Ya Haqqa layiq dirliyi,
O insandan um ərliyi,
Onun safa nəzəri var.

Belə baxsan çoxdur adam,
Hər birində yoxdur qədəm,
Əvvəl-axır o pişqədəm,
Məhəmməd din sərvəri var.

Ərənlər yoludur meşə,
Meşə çətindir qolmaşa.
Meşə olan yerdə paşa,
Haramı çox, əntəri var.

Bilən, bilgin, hər şeyx, ulu,
Cümlə yolları ər yolu,
Yunusdur dərvişlər qulu,
Tapdıq kimi sərvəri var.