Sən onda elə zovqu səfa bağ arasında
Sən onda elə zovqu səfa bağ arasında Müəllif: Qasım bəy Zakir |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Sən onda elə zovqu səfa bağ arasında,
Mən munda yanum piltə kimi yağ arasında.
Peykanlarını sineyi-cakimdə gorən der: -
Bir qonceyi-tərdir ki bitib bağ arasında.
Konlum quşunu seyd elədi qəmzəvu ceşmin,
Qorxum budu qanlar duşə ortaq arasında.
Getmişdi sacı seyrinə, dil gəlmədi, bişək,
Gum oldu şəbi-tardə sığnaq arasında.
O1 guşeyi-əbruydə ceşminmidi, yoxsa,
Yatrmş iki Xutən geyiki tağ arasında?
Nasehlər edir mən məni mutribu meydən,
Əfsus ki, qaldım necə sarsaq arasında.
Zakir, rəhi-eşqində diriğ eyləmə canı,
Ta nami-nikuyin qala uşşaq arasında.