Sən piri-cəhandidəsən, ey Seyyidi-sərkar
Sən piri-cəhandidəsən, ey Seyyidi-sərkar Müəllif: Mirzə Ələkbər Sabir |
Sən piri-cəhandidəsən, ey Seyyidi-sərkar,
Məndən çək əlin, eylə gilən pir ilə rəftar!
Olmaz sənə qismət dəxi bu dövləti-didar,
Bundan sora hicrimdə ciyərqan olacaqsan!
Aşıq mənə bir mən kimi ziyba gərək olsun,
Mail gülə bir bülbüli-şeyda gərək olsun.
Səndə bu işə səbrü şəkiba gərək olsun.
Amma, bilirəm, səbr evi viran olacaqsan!