Sən yaradırsan, yenə də qan tökən insanı?

Sən yaradırsan, yenə də qan tökən insanı?! (1995)
Müəllif: RAUF CAVAD

Bu günə qərarım, yazılsın şeytan üsyanı,
Təəssüf ki, şeytan əlinə aldı limanı.

Oturub şeytan, olub hakim, verir qərarı,
Yatıb insan fil qulağında, görmür şeytanı.

Hökümətlər çapıb talayır xalqın malını,
Banklar faiz-qan sovurur, yeyir dərd-qəm canı.

Açıb bankın qabağın, qanla verir faizi,
Kor insan da alır, itirib ümid-gümanı .

Qanan yox ki, İblis qurub xar hökümətləri,
Hər birinə ad qoyub, aldadır, kor filanı.

Söz yox ki, mənasızdır hökümət-zad adları,
Nə İslam şanı var, nə də Azadlıq hökmranı.

Oyunlardı qurulub, qırsınlar insanları,
Xalqları düşmən edib, töksünlər insan qanı.

Sübuta ehtiyac yox, zülm göstərir zalımı,
Hökümət-hakimiyyət həpsi şeytan nişanı.

Müharibə, xəstəlik, görür şeytan işini,
Kimyəvi məhsulla itirir, insan, xoş anı.

Dünya dönür tərsinə, İblis görür işini,
Xaliqinə göstərir, Qabil-Habil Zamanı!

Söyləmişdi kinli ilan, nifrətlə Rəbbinə,
Adəmə düşmənəm, olaram nəfsi-ilanı.

Sürəcək bu zülm-zillət ta qiyamətə qədər,
Ayılmasa insan, sürəcək İblis yalanı.

Təəccüb edib, sual etmişdi cin-mələklər,
Sən yaradırsan, yenə də qan tökən insanı?!

Unudub millət-məxluq xəlq edən Xaliqini,
Çıxıb qılınc qınından, bəyənmir din-imanı.

Baxıb görər, söyləyər Rauf, səsləyər Həqqi,
Görüb gəlməzmi imdada, Zamanın Sultanı?!
           ...Müəllif:Rauf Cavad