Sən yaxşı adamsan, Xaqani, ancaq
Sən yaxşı adamsan, Xaqani, ancaq Müəllif: Xaqani Şirvani Tərcümə edən: Maarif Soltan |
Mənbə: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, "Lider nəşriyyat", 2004. |
Sən yaxşı adamsan, Xaqani, ancaq,
Sənə pislik edir naəhl adamlar.
Onlar yaxşılığı öyrənir səndən,
Sonra pisliyini edirlər təkrar.
Doğrudur, od ilə sınanar qızıl,
Qaydadır sarımsaq müşkü sınayar.