Səndə, ey Qafqaz, ey gözəl gülzar

Səndə, ey Qafqaz, ey gözəl gülzar
Müəllif: Əliqulu Qəmküsar
Mənbə: Əliqulu Qəmküsar. Seçilmiş əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2006. ISBN 978-9952-34-046-4. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19.

Əlibəy Hüseynzadə hazrathrinin Qafqasiyada mühacirəti münasibatilə təhəssürat

Səndə, ey Qafqaz, ey gözəl gülzar,
Qəfb açılmaz gülü bənövşə solar.
Daima başqa aşıyanə açar,
Solsa gil, əndəlib olar naçar.
 
Nədən ey gülşəni-fünun və odəb
Bu qədər xarsən bu dünyadə?
Nə üçün bilmədin? Nə oldu səbəb?
Gəh vida eyləyir bu danədə?!

Ah, ey dahiyt-sütudə-nihad
Bizə lütfünlə eylə etfi-nigah,
Səndən eylər bu millət istimdad.
Ona sizlərsiniz yeganə pənah.

Edib əsğa təhəssüratımızı,
Vətən olmaqda pürəsəf naçar
Getmə!.. Məyusü naümid bizi
Etmə, ey tutiyi-şəkərgöftar!

Cismü canımda ehtisasatım
Şu kədərli fəraqə nifrət edər.
Getdigin yerlərə xəyalatım
Sürünüb əczlə peykcə gedər!