Səndən gəlür cövrü cəfa, bən ahü vah etməyəyim

Səndən gəlür cövrü cəfa, bən ahü vah etməyəyim
Müəllif: Yunus Əmrə
Mənbə: Yunus Əmrə (2004). Əsərləri (az). "Öndər". ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib. 2017-05-25 tarixində istifadə olunub.

Səndən gəlür cövrü cəfa, bən ahü vah etməyəyim,
Düşmişəm eşqün odına, yanub necə dütməyəyim?!

Uş yürürem yana-yana, top cigerüm döndi qana,
Eşqünden oldum divana, uyuyuban yatmayayum.

Sənün eşqün dənizinə düşübəni ğərq olayım,
Kimsənəm yoq əlüm ala, qoma bəni batmayayım.

Səkiz uçmağun hurisi gəlür isə bir araya,
Hərgiz manəndün olmaya, sən’ anlara qatmayayım.

Yunus Əmrə, sen bu sözi yüz bin der isən az ola,
Eşidənlər aşiq ola, igən də uzatmayayım.