Səni (Şair Məmmədhüseyn)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Səni (Şair Məmmədhüseyn) Müəllif: Şair Məmmədhüseyn |
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20. |
Çox aradım, çox axtardım,
Tapdım tək bir dənə səni.
Gözəllər səf-səf düzülsə,
Dəyişmərəm minə səni.
Xəlvət alıb gətirdiyim,
Gül bağçada bitirdiyim.
Muradına yetirdiyim,
Kimdi salan ünə səni.
Ay bəxtimin dan ulduzu,
İqbalımın qara gözü.
Oxşatmayım necə düzü,
Axı aya, günə səni.
Məmmədhüseyn dözməz sənsiz,
Bu dünyada gəzməz sənsiz.
Qəvvas olub üzməz sənsiz,
Anar dönə-dönə səni.