Səni (Ağ Aşıq)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Səni Müəllif: Ağ Aşıq |
Mənbə: Yusif Səfərov. Naxçıvan aşıqları və el şairləri (PDF) (az.). Naxçıvan: "Əcəmi" NPB. 2011. 2017-10-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-05. |
Aşıq Alı, nə sevdaya düşmüsən,
Bir gözəl salıbdı azara səni.
Xoş gəlib əzizim, səfa gəlmisən,
Aparram, bir yaxşı bazara səni.
Qəza-qədər heç kimsəni tapmasın,
Fələk kəməndini bizə atmasın,
Toy-nişanda adın-samn batmasın,
YetiiTəm dövlətə, o varə səni.
Ağ Aşığam, ustadlara mən tayam,
Aşıqlıq elmində dolu bir payam,
Araz kimi daşan, coşan bir cayam,
Qoymaram kamalda avara səni.