Səni sevirəm! (1994)
Müəllif: RAUF CAVAD

Bura haradır?!
Sevgi dünyadır!

Nə gözəl dünya,
Əlvan əladır.

Səni sevirəm!
Qəlbim qaladır.

Gör Aşiqini,
Ahü zardadır.

Qalıb tək-tənha,
Can fəğandadır.

Gül sevir yazı,
Nazı ədadır.

Gülə Aşiqəm,
Sevgi bəladır.

Kimin gözü kor,
Rəngi qaradır.

Bu dərd-qəm nədir,
Qəlbdə yaradır.

Yandırıb yaxır,
Əcəb sevdadır.

Sevgili sözü,
Müşk, ətir dadır.

Rauf dünyanı,
Kimə oxşadır?!