Sənin üçün
Müəllif: Cənab Şəhabəddin
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Səsin işlər kimi bir şux qanad qəmlərimə
Səni dinlərkən olur qelbim uçan quşlara eş.
Gün batarkən sanıram kölgəni bir başqa günəş
Sanşmlıq gətirir gözlerin axşamlanma.
Doğulur ömrümə bir yirmi səkkiz yaş günəşi
Bir quş oxşar kimi sen saçlanmı oxşarken.
Qoxlaram əllərini gülləri qoxlar kimi mən
Ovcundan alıram qış günü bir yay atəşi.
Könlümə adət edər hər unudulmuş nisan
Nə zaman gəncliyini yolda xuraman görsəm.
Əskidən pəmbə dodaqlarda dağılmış busən
Toplanar ləblərimə, bir gecə dalğın dursam.
Səni zambaq kimi gördükcə açıq pəncərədə
Gül açar baxtımın əwəiki xəzanlıq qoxusu.
Gənc edər üfqümü xülyalanmın genc qoxusu
Soraram ağ saçımın örtdüyü illər harada?
Cebhəmi varsın o solğun sənələr soidursun;
Yeni ulduz kimi doğduqca gözəl hər axşam.
Gəncliyin boylə mənimkən qocamam, heç qocamam
Ruhum, ölsəm belə mən, sən yaşayan ruhümsan.