Sənin (Ağqızoğlu Piri)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Sənin
Müəllif: Ağqızoğlu Piri

Güllərin solğun olmasın,
Süsən sünbülün solmasın.
Yad yerdən ovçun gəlməsin,
Bağlansın yolların sənin.

Piri deyər: budur yurdun,
Yaxşı yerdə məskən qurdun.
Xub gözləyib, dürüst vurdun,
Qurusun qolların sənin.