Sənin (Aşıq Şenlik)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Sənin Müəllif: Aşıq Şenlik |
Mənbə: Qəşəm Vəliyev. "Çıldırlı Aşıq Şenlik" (PDF). Azərnəşr (az.). achiqkitab.az. 2012. İstifadə tarixi: 2017-02-14. |
Haramı halala qatmaq nə imiş,
İblisin yoluna sapmaq nə imiş,
Bu köşkü, sarayı yapmaq nə imiş,
Bir qaranlıq yerdir məkanın sənin.
Dünyada harama baxdırma gözün,
Haqqın dərgahından çevirmə üzün,
Əgər doğru yola getməzsə izin,
Ləin-şeytan alar imanın sənin.