Sənin (Aşıq Bəsti)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Sənin Müəllif: Aşıq Bəsti |
Mənbə: "Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005" (PDF) (az.). ISBN 9952-418-41-5. 2010-09-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-06. |
Dağlar səndən xəbər alım,
Hanı o büsatın sənin?
Söylə, hanı etibarsız,
Əziz mehmanatm sənin?
Samavor niyə qaynamır,
Ulduz stəkan oynamır.
Çoban qonağı taylamır,
Çıxıb qiyamətin sənin.
Bəsti bir gülmədi haşa,
Sinəndə gəzmədi qoşa.
Nəsib olmadm sirdaşa,
Hanı etiqadm sənin?