Sənsən (Çoban Əfqan)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Sənsən (Çoban Əfqan)
Müəllif: Çoban Əfqan
Mənbə: Nəriman Həsənzadə. Seçilmiş əsərləri. 7 cilddə. 7-ci cild. Bakı, "Prometey", 2014.

 
Başına döndüyüm gül üzlü yarım,
Bizim bu dağların maralı sənsən.
Keçirdin sinəmdən yaman oxları,
Cəsədim eyləyən yaralı sənsən.

Qara tellərinin şanası sarı,
Əmərəm ləbindən versən nübarı.
Üzünü sən məndən döndərmə barı,
Onsuz da dolanan aralı sənsən.

Bağbanam bağçanda bar olan vaxtı,
Sinəmin üstündə nar olan vaxtı.
Əfqanın əlində var olan vaxtı,
Deyərdin ki, səbri-qərarı sənsən.