Sərə-sərimi
Sərə-sərimi Müəllif: Şair Məmmədhüseyn |
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20. |
Mən qurban eylərəm, “uf” da demədən,
Mətləblər anlayan sərə, sərimi.
Yoxsa anlamazın, nadan kəslərin,
Yanında bu canım sərə sərimi?
Bir qıy vurram sədam cahanı gəzər,
Qəlbim deyir ərtək cahanı gəz, ər.
Könül gecə-gündüz cah, anı gəzər,
Yolunda payəndaz sərə sərimi.
Məmmədhüseyn bir dərd bilən yara yar,
İncimərəm lap cismimi yara yar.
Arif gözəllərə eşqim yarayar,
Nə duyar hoqqabaz sərə sərimi.