Səri
Müəllif: Aşıq Valeh
Mənbə: "Aşıq Valeh (1729 - 1822)" (az.). shahbulaq.az. 11.02.2013. İstifadə tarixi: 2015-04-22.

Bu gələn bir cüt gözəlin
Yolunda qoymuşam səri.
Biri əcəb səfalıdı,
Birisinin adı Pəri.

Biri dağların qarıdı,
Biri bağçalar barıdı.
Külli dünyanın varıdı,
Lərzəyə salıb sərsəri.

Valeh sevdi Zərnigarı,
Olar onun xidmətkarı.
Atsa üzündən qubarı.
Mat eylər şəmsi, qəməri.