Sərimdə şövqı-zülfi-ruyi-gəncə şahmarım var
Sərimdə şövqı-zülfi-ruyi-gəncə şahmarım var Müəllif: Mirzə Məhəmməd Katib |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Sərimdə şövqı-zülfi-ruyi-gəncə şahmarım var,
Gecə-gündüz ilan çalmış kimi çox ahü zarım var.
Piyadə rahi-eşq içrə dolandım, gərçi mat oldum,
Dəxi bir kimsəyə rux tutmanam, bir şəhsuvarım var.
Nəsihət vermə, vaiz, taği-əbru qibləgahimdir,
Mənim bu taği-mehrabilə aləmdə nə karım var?
Mühəqqsqdir ki, səndə Leylidən artıq vəcahət var,
Cünunluqda mənim Məcnundan artıq iştiharım var.
Çalışma, ey əcəl, nahəq yere, cau vermənəm, billah,
Gərək yarım gələ, ta tapşıram can, intizarım var.
Yuxuda bulsa etmək ayrılıq təbiridir, guya,
Kənar oldum, yuxuda görmüşəm, busü kənarım var.
Kənar etmə məni, ölsəm də mən, səndən kənar olmam,
Qübari-məqdəminçün yol kənarında məzarım var.
Məzarım aç, sərimdən çıxmayan şövqi-xətü zülfin.
Görərsən, kaseyi-sərdə mücəssəm murü marım var.
Məzarım üstünə gəl, qoyma təmiri-həsar olsun,
Təriqi-eşqdə səngi-məlamətdən həsarım var.
Nəzərdə gərçi xarəm, bir gədayəm, Katibi-zarəm,
Əzizi-Misri izzət, padşahi-tacdarım var.