Sərv qaldı cilvədən sərvi-xuramanım görüb
Sərv qaldı cilvədən sərvi-xuramanım görüb Müəllif: Sadıq bəy Əfşar |
Mənbə: Sadiq bəy Əfşar. Şeirləri (Transfoneliterasiya və fotofaksimile). Bakı: Nurlan, 2010.s.60-61. |
Sərv qaldı cilvədən sərvi-xuramanım görüb,
Gülməz oldu gül daxi gülbərgi-xəndanım görüb.
Gər pərişanəm, vəli şadəm ki, eşqidən rəqib,
Xatirin cəm eylədi hali-pərişanım görüb.
Yardən də'vayi-qətlim eyləsəm irməs əcəb,
Gər pərişan ola şux hali-peşimanım görüb.
Mahi-no ovci-fələkdə sanma gər kim aftab,
Tutdu üz şərməndəlikdən mahi-tabanım görüb.
Oldu təsiri-cünunim öylə kim, rahi –ədəm,
Tutdu Məcnuni-dəhrdən hali-giryanım görüb.
Sinəmi şak eylədüm hər yan məni bidərdlər,
Etdilər rüsvayi-aləm daği-pünhanım görüb.
Yar cövrü bəs degilmi, Sadiqi, şad olma kim,
Tərki-cövr etdi fələk birəhm cananım görüb.