Səslə Vicdanı, Şah damarda, Zaman gizlənir
Səslə Vicdanı, Şah damarda, Zaman gizlənir (1994) Müəllif: RAUF CAVAD |
Yalan arxa dayaq axtarır, şeytan gizlənir,
Eybi çoxdur, saxta kimliklə nadan gizlənir.
Girir min dona pis eybəcər, saxtakar yalan,
Qorxur, gülür, baxır qırağdan, ilan gizlənir.
Saxta gülüşlərlə fırladır, gör neçə qurban,
Tora düşür axmaq, pis nəfsdə yalan gizlənir.
Hakim kəsilmir pis istəyinə, Qorxaq nadan,
Zülm edir qorxudan, Qorxaq, doğrudan gizlənir.
Oğrunun işi ağ yalan, sözü də gop-palan,
İçində Şeytan, surəti insan, qan gizlənir.
İnanma qorxağa, ümidin qırılar, inan,
Umma zalımdan aman, zülmü yaman gizlənir.
Şahiddir Zaman, edilən zülmlərə vay olsun!
Sanma görən göz yox, İntiqam hər an gizlənir.
Haqqı danan namərdlərə, Ədalət ar olsun!
Sevgi gələr zülm bitər, gözdən aman gizlənir.
Zənn etmə Ədalət gecikir, gərək vaxt dolsun,
Nizam-intizam qurmağa qalx! Fərman gizlənir.
Bəşər bəsləyir Ümid? Onda Rauf ol, İnsan!
Səslə Vicdanı! Şah damarda, Zaman gizlənir!