Səthi-cahan gülüstana dönübdür
Səthi-cahan gülüstana dönübdür Müəllif: Mir Möhsün Nəvvab |
Mənbə: Əli Umud oğlu Əliyev. Qarabağ ədəbi mühiti və Mir Möhsün Nəvvab. (Monoqrafiya). ADPU-nəş. Bakı-2016. |
Xələt geyib zümrüddən ağaclar,
Ciçəklərdən boynun əyib budaqlar,
Şəbnəm düşüb təzələnib yarpaqlar,
Səthi-cahan gülüstana dönübdür.
Yelpəkləyir badü-bahar üzlərin,
Xumarlanıb yumur nərgiz gözlərin,
Şəkər kimi şirin edir gözlərin,
Səthi-cahan gülüstana dönübdür.