Salıb dil Raufu Hicran, susuz eşqə

Salıb dil Raufu Hicran, susuz eşqə (1996)
Müəllif: RAUF CAVAD

Fəna mülkündə qıldı nəfs, eşqi rüsvay,
Ləbi şəkər, dili şirin, gözü nur-ay.

Ruhi paki müqəddəs, niyyəti sevgi,
Surəti gülə bənzər, üzü qəmər-ay!

Aşikar qıldı gizli qalan məqami,
Söylədi nifrətə, düz kəlməni, gül-ay!

Məhəbbəti, ətri bürüdü aləmi,
Dilə gəldi eşq, sardı vücudu min-ay!

İçib min qədəh dərd-qəm necə kədəri,
Ölüm qucaqlayıb dilbəri, surxay!

Şərbəti sevinclə çəkdi ruhi canə,
Canan uf demədi! O eşq, qəribə-ay!

Eşqi gör, dəli olub, Leylaya əsir!
Örnək tapılazmı Məcnuna!? Hanı tay!?

Sevgi olub parəm-parkə həsrətinə,
Şahıdı dəli -divanə, sanma gün-ay!

Nəfsi Fərhadın, Şirinsiz heç, biçarə!
Dərdə düşüb rövşən, qəmli gözlər il-ay!

Salıb dil Raufu Hicran, susuz eşqə,
Heyran nigaran! Reyhan ümid, Xəyal-ay!