Salıbdır daneyi-xalın könüllər quşuna çinə
Salıbdır daneyi-xalın könüllər quşuna çinə Müəllif: İmadəddin Nəsimi |
Salıbdır daneyi-xalın könüllər quşuna çinə,
Xəbər düşdü bu mə’nidən Xətavü Rum ilə Çinə.
Könül laçın deyü düşdü ki, ala şol göyərçini,
Göyərçin bayquşa düşdü, yazıqdır imdi laçinə.
Cahanda kimsə görməmiş ki, bayquş ala göyərçin,
Qəzayi-asimanidir, bəla gəldi göyərçinə.
Gülü gülzari-pürçindir, qonubdur zülfi-pürçinə,
Nə güldür bilməzəm, yarəb, ki pürçin qondu pürçinə.
Xilafi-və ’də gər qılsa Nəsimi, qəm deyil, şayəd
Tərəhhüm eyləyə bir gəz, yalanı dəgşirə çinə.