Salam olsun bu günə, bu Gözəl səhərə

Salam olsun bu günə, bu Gözəl səhərə! (1996)
Müəllif: RAUF CAVAD

Salam olsun bu günə, bu Gözəl səhərə!
Rəhm eylə İlahi, bu kimsəsiz bəşərə!

Sənsən ən Gözəli, ucasan Rəbbim Əli,
Xoş müjdə ver bu gün biz əziz kimsələrə.

Qalıb möhtac gözləməkdən yar gözlərimiz,
Gətir xoş xəbəri ver bu səhər bizlərə.

Bilsən necə acıdır sənsiz taleimiz,
Gəl çıx yetər artıq ol məlhəm bu qəlblərə.

Ehtiyaclıyıq, nəğməli həzin bir səsə,
Səndən özgə kim verər hüzur ürəklərə.

Olub pərişan bədəndə ruh-əhvalımız,
Yar, sən çarə, yaralı qəmgin könüllərə.

Axır gözdən tökülür üzə göz yaşımız,
Dolub qəlbimiz, boğulub dərya kədərə!

Rauf, Rəhm eylə bu dəli-divanə eşqə,
Gəl təmaşa eylə bu viranə şəhərə!
...Müəllif:Rauf Cavad