Sanki ürəklərdən oğurlanmış ümidlər

Sanki ürəklərdən oğurlanmış ümidlər! (1996)
Müəllif: RAUF CAVAD

Sanki ürəklərdən oğurlanmış ümidlər!
Toplanıb hər kəsdən oğurlanmış ümidlər!

Qalmış nakam bir çox sevənlərin sevgisi,
Sevən könüllərdən oğurlanmış ümidlər!

Bulanıb fikirlər qaralmış düşüncələr,
Bir-bir hər cümlədən oğurlanmış ümidlər!

Canın bədəndə canı ah-fəğan eylər, çün
Arzu diləklərdən oğurlanmış ümidlər!

Göz yaşı tökür ümidlər, intizarından,
O gözəl gözlərdən oğurlanmış ümidlər!

Bu nə əhvaldır düşüb kim ümidsizliyə,
Hamı bikef, kefdən oğurlanmış ümidlər!

Hal-əhvalımız dönüb olmuş çox pərişan,
Əfsus, ümidlərdən oğurlanmış ümidlər!

Bezib, bezar olmuş dil-ağızda sözlər də
Rauf, söylə nədən oğurlanmış ümidlər?!
        ...Müəllif:Rauf Cavad